Aləmləri babət-babət yaradanNə qaldı ki qul başına gəlməsinAsılıban nazlı yarın telindənDüşüb ölsəm heç kəs qanım almasın

Fələk imiş bu işləri qayıranAc gözümü torpaq ilən doyuranMəni səndən, səni məndən ayıranHeç illərlə üzü-gözü gülməsin

Biçarə Abbasam qaldım qəzadəAşiqlərin canı çıxdı cəfadəPərvərdigar bəlkə edə iradəHeç qisasdar qiyamətə qalmasın

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love