Olu yarəb ki, düşə daməni-canan əlimə,Düşsə, billah ki, düşər çətri-Süleyman əlimə.

Çalaram daşə külüngü belə şirin-şirin,Cami-eşqi verə gər Xosrovi-xuban əlimə.

Edərəm daireyi-Misri gühərdən ləbriz,Düşsə gər lə’li-ləbi-Yusifi–Kən’an əlimə.

Tövsəni-təb’i–səbaseyri doyunca çaparam,Tuta bəxtim, gələ bir sahəti-meydan əlimə.

Qoşaram atı ilən atımı dil kəsməkdən,Əhd qıldım düşə gər rayici-dövran əlimə.

Saqi, dur, ver mənə bir gür’ə o qan olmuşdan,Çarə qıl dərdimə, ver bir tikə dərman əlimə.

Təngə gəldim, dəxi bir pəncə yetirrərm çərxə,Gələ gər qaimeyi-günbədi-dövran əlimə.

Ey Züleyxa, məni çox etmə cəfa tapdaği,Belə qalmaz, gəli bir guşeyi-zindan əlimə.

Künci-ixfadə əgər rəxti-iqamət salsam,Verməz əl onda dəxi Rüstəmi-dastan əlimə.

Odumu qurdalama, ey dili kəc əbrani,Yaxşı rəng çəkdi mənim çaki-giriban əlimə.

Həq bilir kim, edərəm mövci-fəna ğərqabı,Düşsə gər dideyi-tər ləcceyi – ümman əlimə.

Çəkərəm xəncəri-əlmas, özümü öldürrəm,İgid ölmüş, yola gəl, yaxma mənim qan əlimə.

Gedərəm dadə əlindən sənin, ey düşməni-can,Düşsə gər barigəhi-şahi-Xorasan əlimə.

Görüm, ey eşq, səni görməyəsən hiç məlal,Tari bilsin ki, gəlib küfrdə iyman əlimə.

Dəm çəkib, guşədə xamuş oturmum, neylim?Bixəbər, gör ki, düşüb gövhəri-Qur’an əlimə.

Rudi-Nilə necə qərq eyləmərəm Fir’onuKi, gəlib mö’cizeyi-Musiyi-Imran əlimə.

Hu çəkib, mərqədi-Məcnunə yetirrəm peyğam,Gələ gər dəmdəmeyi-tərfi–biyaban əlimə.

Etmişəm canı nisar etməyə hazır yarə,Nola birdən gələ bu müjdeyi-fərman əlimə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Xançobani genə lal oldu, qələm açdı zəban,Dur, Nəbati ki, gəlib mürği-süxəndan əlimə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love