Könül ixlas tutmaq bivəfa cananə müşküldür,Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür

Yaman gün düşmənindir, yaxşı gündə yar həmdərdin,Yemək namərdlə nani-nəmək mərdanə müşküldür

Müjəm mənzuməsi zəbt edə bilməz əşk seylabın,Hisaru sədd çəkmək bəhri-bipayanə müşküldür

Nidim bərbad olur, yoxdur dağılmış könlümün yarı,Ki şahı olmayan mülkün qala viranə müşküldür

Yanarsan eşq oduna şəm tək, rövşən deyil sirrin,Məsiha, qeyrilə xasiyyəti-pərvanə müşküldür

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love