Tərcibənd: Ey tərfə nigari mah-ruxsar
Ey tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,Bu hüsnilə olmuşkən izhar,Oldun mən dilşikəstəyə yar,Bilmən necə hiylə qıldı əğyar,Sonra səni məndən etdi bizar,Bəs indi sözüm budur ki təkrar,Bir ad ilə et məni günahkar,Xalq eyləsə tə'nə, eyləmə ar,Qanımı halal qıldım, ey yar,Al dəstinə tiğ, durma zinhar,Öldür məni, olsun əllərin var
Ey hüsnü cəmali mahpara,Əhvalıma qılmasan nəzarə,Yar oldu rəqib, sən nigarə,Oldun mənə yağı vara-vara,Salsan məni ah pürşərarə,Yox bəndə rizadan özgə çarə,Rəhm etsən əgər mən əfkarə,
Salmaz məni bu ruzigarə,Xəlvət üzünü çəkib kənarə,Bir könlünə eylə istixarə,Təqsirimi söylə aşikarə,Öldür məni, olsun əllərin var
Ey rəngi-üzarı şölə-nur,Qılmana misal nisbəti hur,Bir şux ki oldu hüsnə məğrur,Çox olmaz anın ədası mənzur,Gəl sən dəxi qılma fitnə vü şur,Etmə özünü bu tora məşhur,Ta vəsldən eylədin məni dur,Ancaq ki budur dilimdə məzkur,Əftadeyi-eşqə eyləmə zor,Qoyma məni dərd evində rəncur,Xublərdə əgər bu isə dəstur,Öldür məni, olsun əllərin var
Ey şah, qapında bir gədayəm,Yad etmə məni ki aşinayəm,Küyündə əgərçə xakpayəm,Bil qədrimi eyni-kimyayəm,Əfsürdeyi-dərdi-bidəvayəm,Sərgəştəyi-vadi-bəlayəm,Hər çənd ki eşqə mübtəlayəm,Əhvali-şikəstə binəvayəm,Sirrini desəm üzü qarayam,Başilə ayağına fədayəm,Bu məsləhətə ki mən razıyam,Öldür məni, olsun əllərin var
Ey qətlimə eyləyən iradət,Məqsudunə yetkən səlamət,Açılsa əgər bu bab rəhmət,Kim hasil olur mənə bəşarət,Qalmaz mən namurad, rahət,Daxi haçan eylərəm şikayət,Səndən bunu istərəm nəhayət,İqrarına olma bidiyanət,Can məndə səninkidir əmanət,Al sonra ki çəkməyəm xəcalət,Düşməz ələ daxi belə fürsət,Öldür məni, olsun əllərin var
Ey gül, desələr Məsihə qafil,Bir ürək ki nigarə oldu mail,Təhqiq ilə kim dolansa yüz il,Səndən dəxi qeyrə verməzəm dil,Ərzim bu ki eyləmə təğafül,Bir qövrə yetiş günahımı bil,Cəm et neçə əhli-hal, aqil,Onlardan həqiqət ilə hasil,Kim şərə həmin budur müqabil,Mən həm olurum bu əmrə qayil,Gördün neçə şahid oldu adil,Öldür məni, olsun əllərin var
Kitabxana.az · https://kitabxana.az/en/works/aga-mesih-sirvani-tercibend-ey-terfe-nigari-mah-ruxsar
Use ← → keys to move, R for a random poem
More by this author
Könül ixlas tutmaq bivəfa cananə müşküldür,Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür
Müxəmməs: İki aləmdə gözəl bəhsin qılan hala gərəkİki aləmdə gözəl bəhsin qılan hala gərək,Hər xərabat-muğanat içrə biparva gərək,
Qəzəl: Köksümdə könül işrəti peykanın üçündürKöksümdə könül işrəti peykanın üçündür,Cismimdə bu can ülfəti qurbanın üçündür
Müxəmməs: Eşitdin etdiyini Şahsevən Əhməd xanınEşitdin etdiyini Şahsevən Əhməd xanın,Xahişi-zülmünü ol zalimi-biimanın,
Poems by other poets · Love
Dəxi çıxmış gözüm görə kor,Gəlib yar ötdü, hay ötdü,
Cahan bağında, ey bulbul, Nigari kimi yar olmazCahan bağında, ey bulbul, Nigari kimi yar olmaz,Mənim tək sinəsi gul-gul bulunmaz, dağidar olmaz.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Bədbəxt o kimsədir ki...Fəsli-bahardı keçir idim laləzaridən,Xoş sövt ilə oxurdu, eşitdim həzaridən.