Bədbəxt o kimsədir ki...
Fəsli-bahardı keçir idim laləzaridən,Xoş sövt ilə oxurdu, eşitdim həzaridən.Bülbül, sənin də var məgər aləmdə bir qəmin?Gördüm o da şikayət edir ruzigaridən.Ta var fəraq, dərdi-gülüstan dəhridə,Əksilməz ahü nalə səsi bu diyaridən!Gəl, əndəlibin halını seyr eylə onda sən,Zalim fələk çün ayrı salar yari yaridən.Diş düşdü, baş ağardı, kəman oldu qamətim,Bir səs gəlir qulağimə hər gün məzaridən:"Gəl, gəl ki, gözləyir yoluvi xaneyi-ləhəd;Gəl, murü mari eylə xilas intizaridən!"Qüvvətli çox cavanlar əsir etdi şahi-mərg,Bak eyləməz sənin kimi bir ixtiyaridən.Nagəh əlində badə gələr saqiyi-əcəl,Zur ilə hülqüvə tökər ol zəhrimaridən.Verməz ölüm o qədri sənə fürsət, ey əmu!Ta bir içim su meyl edəsən cuybaridən.Eylə vida bu əhlü əyalə həmişəlik,Didar qaldı məhşərə, əl çək nigaridən!Divari-qəbri hiç dilavər yarammadı,Mümkün deyil fərar o möhkəm divaridən!Sultandı can bədəndə, bədən təxti-səltənət,Sultan ki, qalxdı, təxt düşər etibaridən.Varis deyər: Mənimdi bu dövlət tez ol görəkTəşrif apar ki, çıxdı əlin ixtiyaridən!Düşsə yolun məzar evinə, qəflət eyləmə,Kam al doyunca, sən də, əmu, susmaridən.Varis "Hotel Palas"da yeyər müftə pulları,Busə alar doyunca qələm qaşlı Maridən.-Qurban ola ata və anam gül dəhanüvə,Can, madmazel, gözəldi cəmalin baharidən!Aşiq qoyar külahı yerə, yar şapkanı,Zülfün tökər üzarə yəminü, yəsaridən.Dəf səslənər, kamança deyər: yar, yar, yar!Saqi tökər gilasə meyi müşkbaridən,Şampan qədəhləri elə ki, bir-birə dəyər,Övc eylər asimanə bu səs çəngü taridən:Ya bəxtiyar edin özüzü, ciddü cəhdilə,Ya parisa olun, çəkin əl kəsbi-karidən!Bədbəxt o kimsədir ki, yığar malı sandığa,Xərc eyləməz yerində, keçər ömrü yaridən.Beynin yoruldu çortkə qabağında sübhü şam,Hasil nə oldu bəs sənə bu dərrə-daridən?Bir xəstəxanə millət üçün etmədin bina,Naxoşlar öldü küçədə, baxdın kənaridən.Ey kaş, olaydı dövlətin ömrün kimi zəlil,Bir körpü yapdıraydın o darü nədaridən.Nə millətə, nə dövlətə bir xidmət eylədin,Bir huşə gəl, dadaş, gecə keçdi qəraridən!Gəh Bəsrədən səsin gəliri, gahi Misridən,Gəh Şamü şumidən və gəhi Qəndiharidən.Əsbab eyş xofü xətər, mənzilin rübat,Fərqi nədir belə kişinin çarvadaridən?Möcüz, ağardı sübh yeri, huşə gəl görək,Yalvar, sızılda, əfv dilə girdigaridən!Salma aşağə böylə səri-şərmsarüvi,Allah bağışlayandı, keçər tövbəkaridən.
Kitabxana.az · https://kitabxana.az/en/works/mocuz-bedbext-o-kimsedir-ki
Use ← → keys to move, R for a random poem
More by this author
Nə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,Bulut od yağdırır dünyayə, aləm tarü mar oldu,
Bəsdir yetər axir!Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!
CumhuriyyətəSaqiya! Bir badə ver əbnayi-cümhuriyyətə,Təşnədir əhli-vətən səhbayi-cümhuriyyətə.
Canlı cənazəMahi-siyam gəldi, məni saldı möhnətə,Ey kaş, gəlmiyəydi oruc bu vilayətə.