Bahar oldu
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Nə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,Bulut od yağdırır dünyayə, aləm tarü mar oldu,
Dolu qoydu kəmanə topların, atdı biyabanə,Xiyarın ixtiyarı getdi əldən biqərar oldu.
Nə qarpız qaldı bostanda, nə gərmək, ah va veyla!Kədu, pəncər və gərmək də təmamən zəxmidar oldu.
Üzün tutmuş göyə bostançı, söylər: Ey rəhim allah!Çuvallar qaldı boş, mən boşlu, karim ahü zar oldu,
Sitəmkari, görüm, tari özü salsın yaman dərdə,Səbəb bu dərd-bidərmanə çərx kəcmədar oldu.
Xiyarə vurdu min yarə fələk, şərrin bilirsizmi?O da çün qoydu kakil başə, bu dərdə düçar oldu.
Maqta — the closing couplet bearing the poet’s pen name. Nə qarpız şad olur bu əsrdə, Möcüz, nə xərbuzə,Və gərmək xar olub qaldı, qəribə ruzigar oldu.
Kitabxana.az · https://kitabxana.az/en/works/mocuz-bahar-oldu
Use ← → keys to move, R for a random poem
More by this author
Ey gözləri piyalə və ey qaşları qələm,Dərdi-fəraqin ilə Əli, az qalır öləm!
Çiçəkİki qız aldın əlimdən, boyadın qanə, çiçək!Bu ki bir danədi, rəhm eylə bu oğlanə, çiçək!
Çək başuvu yorğan içinə!Dilbər istər apara mülçünü müjgan içinə,Ey xuda, küfr girir din ilə iman içinə.
Əmoğlu(Sabirə nəzirə)*Beş gündü cahan, dövləti neylərsən əmoğlu?