Ey Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.Ləbi-lolin rəngi getməz fikrimdən,Müxtəsər ki, əcəb qanə düşmüşəm.

Mən müştağam onun nazü cəncinə,Tab eylərəm cəfasına, rəncinə,Əl yetirdim yaxasının gəncinə,Gör nə bağə, nə bostanə düşmüşəm.

Boyun tənə edər sərvü çinarə,Püstanların dəxi lirauvü narə,Məni bundan kim çıxarır kənarə,Nagah çahi-zənəxdanə düşmüşəm.

Nuk-müjganın tökdü əşki-ahını,Zülfun pozdu cəmiyyəti-halımı,Görməmişəm sənin kimi zalımı,Çox davaya, çox divanə düşmüşəm.

Salikdir ləqəbim, Kazımdır adım,Bilirsən ki, səndən sənsən muradım.Demə nədir bunca ahü fəryadım,Bir bülbüləm, gülüstanə düşmüşəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love