Çiçək
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
İki qız aldın əlimdən, boyadın qanə, çiçək!Bu ki bir danədi, rəhm eylə bu oğlanə, çiçək!Dedim: "Oğlana çiçək döydürək", övrət dedi: "Yox"Etiqad eyləmədim mən də o dərmanə, çiçək.Titrərəm bərgi-xəzan tək gecələr ta bəsəhər,İki qurban kəsərəm gər gedə Dəryanə çiçək.Xəlq edib xaliqi-can, ey bacı, hər dərdə dəva,Aqil ilə işi yox, bənd olu nadanə çiçək.Lövhi-məhfuzə yazılmış: "Gərək ölsün balalar!"Bu "Gərək" ləfzi gərək od vura İranə, çiçək!Qəbr qazmaqdan olubdur əl-ayağı şil-küt,Bizə rəhm eyləməsən, rəhm elə gorkanə çiçək.Gözəli çirkin edib, eyləmə rüsvayi-cahan,Qorxuram qızlar əlindən qaça Tehrana, çiçək!Qızların şikvəsini gər eşidə şahi-cahan,Bağlar əl-qollaruvi, göndəri zindanə, çiçək.Bu qızı kim alacaq qoynuna, ey vay bəmən,Qaşı yox, kirpiyi yox, bənzəmir insana, çiçək.Gər çiçək yerlərinə sürtə bu bir pud kirşan,Yenə gəlməz süfətə, heyf ola kirşanə, çiçək.Oxşar, ağlar analar, çün deyər: "Ey vay, bala vay!"Dərü divar gələr naləvü əfğanə, çiçək.Ana çün gördü ciyərparəsini qan aparır,Qüssədən oldu dəli, düşdü biyabənə, çiçək,Nə firəng ilə işin var, nə urus ilə sənin,Olmusan bənd fəqət milləti-İranə, çiçək.Od vurub başdan ayağə Əcəmistanı qırır,Nə Amerkanə gedirsən nə də Almanə, çiçək.Qorxuram eyləyə qilmanə sərayət bu mərəz,Bu uşaqlar ki, gedir rövzeyi-rizvanə, çiçək.Ölməli çox qocalar Ərvanəq, Ənzabdə var,Tifli-məsum aparırsan, niyə, divanə çiçək?Etiqad eyləsə peyvəndə müsəlman, Möcüz,Bu qədər eyləməz azar müsəlmana çiçək!
Kitabxana.az · https://kitabxana.az/en/works/mocuz-cicek
Use ← → keys to move, R for a random poem
More by this author
Xoşa səadətinə on ki, əhli cənnətdir,Ki, yəni sahibi cahü-cəlalü dövlətdir.
Bahar olduNə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,Bulut od yağdırır dünyayə, aləm tarü mar oldu,
Bədbəxt o kimsədir ki...Fəsli-bahardı keçir idim laləzaridən,Xoş sövt ilə oxurdu, eşitdim həzaridən.
Bəsdir yetər axir!Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!