Bəsdir yetər axir!
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!
O güllər ki, açıbdır gülşəni-hüsnündə rəngarəng,Həmişə eylə tər qalmaz, bala, vallah, solar axir!
Dedim: saqi, gülərsən sən niyadaim? Dedi: çünkiGülən də, ağlayan da, dari-dünyadan gedər, axir.
Al, iç bu badeyi-nabi, xəyalət ilə əlləşmə,Danış, gül, oyna, cəlladi-əcəl qanın tökər axir.
Fələk bir tac ilə bir təxt vermişdi Kəyumərsə,O tacü təxtə oldu namizəd ali-Qəcər axir.
Yüz il qan ağladı millət, vəli, ahəstə-ahəstə,Tükəndi qəlb evində səbr, ucaldı nalələr axir.
Vətəndə qalmadı bir yer ki, viran etməsin Qacar,Fərar etdi vətəndən milləti-xunincigər axir.
Min üç yüz qırx iki il keçdi çün tarixi-hicrətdən,Qəza səsləndi: Zalim, dur görək, bəsdir, yetər axir!
O qəsri ki, edərdi səcdə millət asitanində,O qəsrə qaldı həsrət zadeyi-bidadgər axir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Xilas oldu Vətən, əhli Vətən, Möcüz, bihəmdüllah,O təxti badə verdi padişahi-bihünər axir.
Kitabxana.az · https://kitabxana.az/en/works/mocuz-besdir-yeter-axir
Use ← → keys to move, R for a random poem
More by this author
Eylə tərəhhüm, xuda, bəndəyi-bidövlətə,Yoxdu tila kisədə zad-mad alım külfətə.
Bir gecəBir gecə mənzili-Hüseyn xaniEylədux şəmlərlə nurani.
Bu gecəGenə yer üstə nizul afitab edib bu gecə,Könül sərayini rövşən şərab edib bu gecə.
Bənzisən qızılgülə sənSəni xuda yaradıb, dilbəra, deyib-güləsən,Nəinki sallayasan qaşqabağuvi belə sən!