Anın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,Molla nədir, seyid nədir, mələkdir,Hamıdan əladır mənim sevdiyim.Saqqalı sünbüldür, yanağı lalə,Özü də bənzəyir vəhşi çaqqalə,Qulaqları uzun, gözü piyalə,Millətə bəladır mənim sevdiyim.

“Molla Nəsrəddin”, 1 may 1910, №16

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Komitə işləri barəsində

İki həftə əvvəl İrəvandan aldığımız rəsmi kağız Ermənistanda yaşayan türklərin yeni əlifbanı xoşlamaları və qəbul etmələrini bildirdi. Haman şəhərdə bu əlifbanı yaymaq və istəyənlərə öyrətmək üçün xüsusi komitə seçilib, ciddiyyətlə işə başlamışdır.Beş gün sonra Naxçıvandan gələn xəbər orada da yeni bir əlifba komitəsi açılıb işə başlamasını bildirdi. Bu komitə yeni əlifbanı Ordubad və Şərur mahallarında yaşayan türklərin arasında da yaymağı öhdəsinə almışdır. Bu şəhərlərə göndərilən 300 əlifba kitabçasının kifayət etmədiyi xəbərlərini verib, haman kitabdan yenə istəyirlər. Bakıda yeni əlifba ilə çıxan qəzet və jurnalın oralara da göndərilməsini xahiş edirlər.

1 min
Əkinçilik aləmindən

Üzümüzə gələn qış, yaz və yay fəsillərində əkin aləmi üçün çox böyük məsələlər meydana qoyulmalıdır və qəzetlərin yazmağına görə hökumət özü də həmin məsələlərə indidən baş qatmaqdadır.Bu mühüm məsələlər haman çəyirtgə, pambıq əkmək, kənd əhalisinə toxum paylamaq və əkin sularını abad bir yola qoymaq məsələləridir ki, biz bu barədə keçmiş nömrələrimizdə bir neçə dəfə işarələr eləmişik.

1 min
Heykəl açılışı

Bu noyabrın 17-də böyük bayram günü Azərbaycan türklərinin sevgili şairi Sabirə dikəlmiş heykəlin açılı oldu.Şəhərimizin anlaqlılarının çoxusu orada görsənirdilər.

1 min
Bir növ yazıçı

Lüğət kitablarımızın birində sözlər bu qaydada məna olunurlar. Məsələn:Som – bu bir növ balıqdır.

2 min

Poems by other poets · Nature and spring