Yorğan
Çün yoxdu pulun ətləsə, dibayə, qumaşə,Çün çatmır əlin küftəyə, bozbaşa və aşə,Çün iş gecə-gündüz dayanıb, bircə ləvaşə,Yat, düşmə dəxi zərrə qədər rəncə, təlaşə,Tərpənmə əbəs, çək, bala, yorğanuvu başə.
Sən erməni tək dövləti-nəhsə həvəs etmə,Sən gürcü kimi məktəbə, dərsə həvəs etmə,Sən rus kimi Hindü Sərəxsə həvəs etmə,Kafirləri qoy cifeyi-dünyayə bulaşə,Tərpənmə aman, çəkgilə yorğanuvu başə.
Namusu yeyib ari dala atmaq olarmış,Karvansaranı, ev-eşiyi satmaq olarmış,Dörd övrətilən bir komada yatmaq olarmış,Bir də nə lüzumun dəmirə taxtəyə, daşə.Bərk yat, mən ölüm, çəkgilə yorğanuvu başə.
Sərhəddi-vətən zülm oduna yanı, cəhənnəm,Kürdə, kazağa, saldata talanı, cəhənnəm,Övrət-uşağın isməti, həm qanı, cəhənnəm,Yat, baxma o gözlərdən axan sel kimi yaşə,Tərpənmə axund çəkgilə yorğanuvu başə.
Vəhşi nə bilir kim, nə zaman eyş haçaqdır,Ya gül necədir, nəğmeyi-bülbül nə sayaqdır,Bu rütbə həqiqətdə ədalətdən uzaqdırQismət hər sağsağana qarğa – dolaşə,Yat-yat, əmican, çəkgilə yorğanuvu başə.
Bax millətə, al qanə boyandıqca kefin çək,Millətçilərin sinəsi yatdıqca kefin çək,Yazdıqlarımın künhünü qandıqca kefin çək,Qoy Heydər ilə Neməti hər gündə savaşə,Gizlin bax özün, çək genə yorğanuvu başə.
“Molla Nəsrəddin”, 23 iyun 1908, №25.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-yorgan
Use ← → keys to move, R for a random poem
More by this author
Tiflis*Məktubunu aldım. Uşaqlar salamatdırlar, nigaran qalma. Ələkbərə yazmışam ki, arabanı sazlasın. Hazır olan kimi, dərhal Xankəndinə gedib, oradan da kəndə baş çəkəcəyəm. Jurnalımız çıxır. Sənə abunə kitabçaları göndərmədim. Axı, hələlik sənin abunə ilə məşğul olacaq halın yoxdur. Elə ki, lazım bildin, göndərərik. Buralar sərindir, yağış yağır. Nə üçün fikir çəkirsən, Həmidə? Bil ki, hər zaman sən lazım bilən kimi, mən sənin yanına gəlməyə hazıram. Tez-tez özün haqqında yaz. Mən hələlik Tiflisdəyəm. Jurnal 1500 nüsxə çıxır və hamısı satılır. Səhhətin və əlin necədir? Əziz Həmidəm, səni xəyalən bağrıma basıram. Hələlik, sağ ol.
Məmmədəli! (14 iyul 1917)Genə bir aydan artıqdır ki, səndən xəbər yoxdur. Nədir səbəbi?Cəlil
Əzizim Həmidə! (14 sentyabr 1917)Yaxın günlərdə türk qoşunlarının Əsgərana hücumu gözlənilir. Onlara kömək üçün bu gün atlıların siyahısı tutulur. Mən gəlmişəm əlimdən gələn köməyi göstərim və qoşunlarla birgə döyüşdə iştirak eləyim. Bu gün Ağdamda deyirlər ki, Şuşada aclıqdır. Bu məni yaman pərişan eləyib. Dünən, bu gün Ağdama dalbadal türk qoşunları gəlir. Axmaq ermənilər doğrudanmı müqavimət göstərəcəklər? Heydərin harada olduğunu və onların bazar günü yazdığım xəbərləri sənə çatdırıb-çatdırmadıqlarını bilmirəm. İndi Şuşadan nümayəndə heyəti gəlmişdi, baxırdılar görsünlər ki, bütün bu işlər necə qurtaracaq. Bu gün sənə poçtla pul göndərə bilmədim, çünki cümə günü olduğuna görə bu gün tacirlərin heç biri yerində deyil. Bazar günü üç araba un göndərəcəyəm, qoy uşaqlar sənin üçün [... ] hazırlasınlar. Özümsə imkan olan kimi gələcəyəm. Sənin təsərrüfat işlərin hamısı öz qaydasındadır.Cəlil
Məmmədəli! (17 sentyabr 1917)Bu gün litoqrafiyanın təzə şərtlərini mülahizə edib, jurnala bu qiymətləri qoymağa məcbur oldum: satıcı əlində – 50 qəpik, idarəmizə 42 qəpik göndərməlisən. Buna görə də abunə iki dəfə artır.Neçə ədəd göndərilməlidir? Tez xəbər ver.
Poems by other poets · Satire
Etsə də aləm hamısı zəlzələ,Aləmi gər tutsa da yüz vəlvələ,
A mollaÇıxdı ramazan, çıxdı sənin canın, a molla,Başlandı sənin şami-qəribanın, a molla.
Gündəlik qəzetələrdə dərc olunan sözlər edirGündəlik qəzetələrdə dərc olunan sözlər edirHər tərəfdən hetərənlər-petərənlər elam,
Yumruq (3)(3)Qarı nəvəsi Cuqqulu dəllək dükanında