Bir növ yazıçı
Lüğət kitablarımızın birində sözlər bu qaydada məna olunurlar. Məsələn:
Som – bu bir növ balıqdır.
Lipa – bu bir növ ağacdır.
Çij – bu da bir növ quşdur.
Bu günlərdə mən bir məqalə yazana rast gəldim;... bu da bir növ yazıçılıqdır.
Ay canım sənə qurban, məqalə yazan! Zalım oğlunun bir hünərinə bax! Özü nə Azərbaycanın dilini bilir, nə camaatı tanıyır, amma sən gəl məqaləsinə bax!
Yazır: Azərbaycanda qəza, nahiyə və kənd idarələrinin dövlətindən qurd quzu ilə otlayır və buna da üç dəlil gətirir:
Biri budur ki, kəndlərdə və qəzalarda heç rüşvət alınmır. Bu birinci dəlil.
İkinci dəlil budur ki, qəza idarələri göz açıb – yumum saatda çəyirtkəni qırıb qurtardı. Bu ikinci dəlil.
Üçüncü dəlil budur ki, qəzalarda, kəndlərdə, maarif işləri aşıb daşıb: səhər dərsləri, günorta dərsləri, gecə dərsləri, rəməzanda da obaşdanlıq dərsləri. Bu da üçüncü dəlil.
Bəli, qurtardı getdi. Dəxi sözün nədi? Belə gözəl bir əsr, belə bir səadət harada və havaxt olub?
Amma məqalə sahibi, deyəsən, yenə az-maz insafa gəlib; deyəsən duyubdur ki, qəzalarda otluyan quzular ibarətdirlər fəqir və dilsiz-ağızsız kəndlilərdən; qurdlar da haman quldur–qaçaqlar və haman rüşvətxor məmurlardır ki, onların bərəkətindən Azərbaycan kənd camaatı bilmir hara baş alıb köçsün. Və məqalə sahibi, deyəsən, bu mətləbi duyub; onunçün məqaləsinin axırında quldurluqdan bir az giley–güzarlıq edir və bir az da camaatın sənaye işlərində geri qalmağından şikayətlənir.
Bəli, yazıçılığın da ləzzəti götürüldü. Əgər yazıçılıq ibarətdir bundan ki, dünyadan xəbərin olmaya-olmaya beş sütun hədərən-pədərən yazasan; əgər yazıçılıq ibarətdir bundan ki, yalan-palanla avam camaatı müştəbeh edəsən, onda, lüğət kitabında yazılan kimi, bu da olur “bir növ yazıçılıq”.
Heyif o kağıza və mürəkkəbə!
Heyif o yazıq mürəttiblərin gözlərinin işığına!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 7 dekabr 1922, № 5
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-bir-nov-yazici
Use ← → keys to move, R for a random poem
More by this author
Cəmi oxucularımızdan təvəqqe edirik ki, Bakıda təzə çıxan “Yoldaş” adlı qəzetin ikinci nömrəsini bir adamdan yalvarıb alıb oxusunlar, genə qaytarsınlar sahibinə. Və görsünlər qəzetin əvvəlinci səhifəsində cənab Rəsulzadə nə yazır.Yazır ki, dəxi indi erməni və müsəlmanlar öz dost və düşmənlərini tanıyıblar, öz mənfəətlərini və zərərlərini dəxi qanıblar və bundan sonra onları aldadıb alət etmək qeyri – mümkündür.
“İrşad” çıxır“İrşad” – “Proqres”qəzetləri üçün tərtib olunmuş müdiriyyət heyəti ümum əhaliyə elan edir ki, “İrşad”-”Proqres” qəzetlərini nəşr etmək üçün bina olunmuş şirkət bu noyabr ayının 17-dən, şənbə günündən “İrşad”qəzetini nəşr etməyə şüru edəcək: Qəzet həftədə üç dəfə çıxacaq; lakin qəzetin cəsamət və formatı böyük rus qəzetləri cəsamətində olacaq; müsəlmanların cümlə ürəfa və danişməndləri “İrşad” da iş görməklə bərabər daim mühərrirlik üçün ən ümdə yazıçılarımız cəlb olunmuşdur. “İrşad”a sabiqdə müştəri olanlara qəzet yanvar ayınadək müftə göndəriləcək. Abunə qiyməti Bakı üçün birilliyi altı manat, altıaylığı üç manat yarım: mədənlər və qeyri şəhərlər üçün birilliyi yeddi manat, altıaylığı dörd manatdır. Qəzetin idarəsi sabiqdə olduğu yerdə, yəni Qubernski küçəsində Dadaşovun evindədir.“Molla Nəsrəddin”, 18 noyabr 1907, № 43*
İdarədənMəcmuəmizin 34-cü nömrəsində dərc etdiyimiz “Fatı” sərlövhəli mənzumə gərək oxucularımızın nəzərində ola. Mənzumənin üçüncü sətrində şair deyir ki, əhvalat vaqe olub “keçən il”. Belə olan surətdə əhvalatı nəzmə çəkən məşhur Fəqiri tanımayan oxucularımız belə xəyal edə bilərlər ki, Fatının qubernatora çul aparmağı həqiqətdə keçən il vaqe olub.Oxuçularımızı bu cür iştibahdan çıxarmaqdan ötrü lazım bilirik bunu söyləyək ki, həmin mənzumənin müsənnifi Ordubad şairlərindən məşhur Fəqir vəfat edib təxminən iyirmi il bundan qabaq və həmin əhvalatı yazıb bəlkə otuz il bundan irəli. Bunu Naxçıvan və Ordubad mahalında hamı təsdiq edə bilər, çünki oralarda mərhumu tanımayan müsəlman azdır.
QırmızıBizə çox yerlərdən kağız yazıb giley eləyiblər ki, nə səbəbə bu il “Qeyrət” mətbəəsi çıxardan təqvimlərdə müsəlman bayramları və cümə günləri qırmızı mürəkkəb ilə yazılmayıb, necə ki özgə millətlərin kalendarlarında bazar günləri və bayramları qırmızı mürəkkəb ilə yazılır.Bu sözlər hamısı doğru sözlərdir və hər millətin təqvimində bayram günləri və tətil günləri qırmızı mürəkkəb ilə yazılırlar ki, qeyri günlərdən seçilsinlər.
Poems by other poets
Baxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəz,Dərmə hər qönçəni, bir qönçeyi-xəndan gəz-gəz.
Ver bir xəbərYardan ver bir xəbər,Dildardan ver bir xəbər.
Cün eşitdim, ey əzizim, sahibazar-olmusanCün eşitdim, ey əzizim, sahibazar-olmusan,Gərdişi-dövran ilə dərdə giriftar olmusan.
Rübaiمیان زلف کج ماوا گزین استرخت گویا قمر عقرب نشین است