Bizə çox yerlərdən kağız yazıb giley eləyiblər ki, nə səbəbə bu il “Qeyrət” mətbəəsi çıxardan təqvimlərdə müsəlman bayramları və cümə günləri qırmızı mürəkkəb ilə yazılmayıb, necə ki özgə millətlərin kalendarlarında bazar günləri və bayramları qırmızı mürəkkəb ilə yazılır.

Bu sözlər hamısı doğru sözlərdir və hər millətin təqvimində bayram günləri və tətil günləri qırmızı mürəkkəb ilə yazılırlar ki, qeyri günlərdən seçilsinlər.

Amma “Qeyrət” mətbəəsində biz bir təqsir görmürük, ondan ötrü ki, “Qeyrət” mətbəəsi də baxır öz müsəlman qardaşlarına və onların rəftarına görə də “Qeyrət” mətbəəsi əməl eləyir. Məsələn, görür ki, müsəlman qardaşlar cümə günləri dükanlarını açıb şirin alış-veriş eləyirlər, “Qeyrət” mətbəəsi də təqvim yazanda dəxi cümə günlərini özgə günlərdən seçmir və qırmızı mürəkkəb ilə nişan eləmir, nişan eləməyə də heç haqqı yoxdur, hərgah eləmiş olsa idi, o vaxt “Qeyrət” mətbəəsi mətbuatı və özgə millətləri allatmış olurdu, bu da “Qeyrət”ə yaraşmaz.

Bunu yazıb camaata bildirməkdə biz bu sözü də öz tərəfimizdən veririk ki, əgər bundan sonra müsəlmanlar cümə günləri dükanları bağlasalar və oğurluqca dükanın içinə girib qapıların arasından qorxa-qorxa alış-veriş eləməsələr, gələn il “Qeyrət” mətbəəsini də borclu elərik ki, builkindən daha gözəl və kamil təqvim yazıb cümə günlərini də qırmızı mürəkkəb ilə yazsın.

Hər kəs bu sözdən qaçsa namərddir.

“Molla Nəsrəddin”, 20 yanvar 1908, № 3

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şadlıq xəbəri

Hər dəm əz in baği bəri mirəsəd,Tazətər əz tazətəri mirəsəd.

2 min
Şəfqət bacısı

Oxucularımıza ərz olsun ki, bir vaxt var idi, Qaryagin qəzasının Zəngilan mahalında uşaqları çiçək qırmaqda idi. Buna görə Bakıdan oraya təcili surətdə bir ədəd doktor Vahabzadə cənabları ilə bir dənə də şəfqət bacısı göndərildi.Bu məqaləni yazmaqdan məqsəd nə əhalinin hifzüsəhhə məsələsinə qarışmaqdır, nə də çiçək azarı ilə mübarizəyə göndərilən təbiblərin rəftar və hərəkətini qurtdalamaqdır. Bunların heç birinin “Molla Nəsrəddin” aləminə dəxl-təsərrüfü yoxdur. Əgər Allah-taala Zəngilan camaatının çocuqlarını çiçək azarına müsəllət edib, bu da onun öz işidir; əgər oraya göndərilən hifzü-səhhə məmurları öz vəzifələrini layiqincə əmələ gətirməyiblərsə, – bunu da yazmaq və tənqid etmək bizə borc deyil. Və belə-belə nadinc və mərdümazar işlərə biz heç bir vaxt övqat sərf etməmişik. Bizim təklifimiz məhz şəfqət sözünün lüğəti barəsində bir müxtəsər bəyanat verməkdir.

2 min
Yollarımız

Əvvəla deyirsən ki, Ağdam qəzasının Seyidli kəndinə gedən yollar əldən düşmüşdür: hara baxırsan kalandır. Gəlib-gedən kəndlilər əziyyət çəkirlər. Halbuki, bunu düzəltmək çox asandır; çunki kəndin yavuqluğunda daş və qum vardır. Camaata təklif olunsa, hərə bir araba gətirib, yola tökə bilər. Elə axırda da deyirsən ki, qəza kommunal şöbəsi tədbir görməlidir.Molla Nəsrəddin: bu sözlər boş sözdür, ondan ötru ki, insan hər işdə gərək zəhmət çəksin.

2 min
Münacat

Ey yerin, göyün, dünya və axirətin padşahı! Axı bir de görüm hardasan?And olsun sənin canına, özünü elə saxlayırsan ki, sənin varlığına çoxları şəkk gətirmək istəyirlər.

2 min

Poems by other poets