Yollarımız
Əvvəla deyirsən ki, Ağdam qəzasının Seyidli kəndinə gedən yollar əldən düşmüşdür: hara baxırsan kalandır. Gəlib-gedən kəndlilər əziyyət çəkirlər. Halbuki, bunu düzəltmək çox asandır; çunki kəndin yavuqluğunda daş və qum vardır. Camaata təklif olunsa, hərə bir araba gətirib, yola tökə bilər. Elə axırda da deyirsən ki, qəza kommunal şöbəsi tədbir görməlidir.
Molla Nəsrəddin: bu sözlər boş sözdür, ondan ötru ki, insan hər işdə gərək zəhmət çəksin.
Saniyən deyirsən ki, bir adam Naxçıvan şəhərindən Danabaş kəndinə səfər eləyə, o biri adam da Avropada olan Berlin şəhərindən Amerikanın Nyu-York şəhərinə səfər eləyə, bunların hansı tez yorular?
Molla Nəsrəddin: qabaqkı sonrakından tez yorular; sonrakı da qabaqkından tez mənzilə gedib çatar.
Salisən deyirsən ki, Gəncə qəzası Samux dairəsində olan çayların üstündə körpü yoxdur. Qabaqlarda Alpoutla Qarasaqqal arasında parom (kolas) var idi, indi o da yoxdur. Kəndlilər bu sulardan ulaq ya araba ilə keçməyə məcbur olurlar, ya da suyun daşqın vaxtında böyük bədbəxtliklər əmələ gəlir. Kəndliləri belə əziyyətdən qurtarmaq lazımdır.
Molla Nəsrəddin: sən belə deyirsən, amma Hacı Molla Fətəli Axundunuz da hər gün məsciddə əsnayi-moizədə deyir ki, əsil müsəlman əziyyətdə gərək olsun.
Rabiən deyirsən ki, Ağdam bazarına heç diqqət verən yoxdur. Yağış yağan zaman bura o qədər palçıq olur ki, Nəcəfül-əşrəf şəhərinin Üməra küçəsində müctəhidlərin yağış yağan günü hambalların dalına minməkləri yada düşür. Axırda da deyirsən ki, küçələrə daş və qum tökmək lazımdır.
Molla Nəsrəddin: Ağdam kommunxozu sənin bu nəsihətinə çox təşəkkür edir; çünki bilmirdi ki, daş və qum tökmək lazımdır.
Xamisən deyirsən ki, Cəbrayıl qəzasının Ariş kəndinə yol yoxdur və kəndlilər yol qayırmaq fikrinə düşüblər.
Molla Nəsrəddin: heç Ariş kəndində məktəb yoxdur, halbuki, nə qədər məktəbli kəndlər var ki, yol olmadığına görə o məktəblərdən maarif idarəsinin heç xəbəri yoxdur.
Və salisən (dəxi bundan artıq saymayacağam) deyirsən ki, Yevlaxla Ağdam arasında işləyən avtomobil sahibləri nə səbəbə gündə iki yüz manat qazanca iktifa etmirlər?
Molla Nəsrəddin: o səbəbə ki, Yevlaxla Ağdam arasının çala-çökük şosasında saz bir avtomobil ancaq üç gün ömür edə bilər.
Daha başağrısı verməyim.
Lağlağı
“Molla Nəsrəddin”, 10 aprel 1926, №15
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-yollarimiz
Use ← → keys to move, R for a random poem
More by this author
Xanəndələr hərdən bir oxuyarlar:Bəs, mən kimə yalvarım?
OrucluqKeçən vaxtlarda ramazan ayı hələ daxil olmamış başlardıq orucluqdan yazmağa.O vaxtlar yazmağın da çox mənası və əhəmiyyəti var idi. Səbəb bu idi ki, camaat çox avam idi. Bikar mollalar fürsət tapıb, gündüzlər mömin müsəlmanları “Ya Əli, ya əzim” və gecələr “Bəy ya Allah” ibadət və riyazətə məşğul edirdilər ki, onları həmişə qaranlıqda saxlamaq ilə öz mövqelərini təmin etsinlər.
TəfavütQubalılar məscidinin qabağından keçəndə orada axır vaxtlarda izdiham görürəm. Axund Şeyx Qəni həzrətləri durub hökm edir, xeyli usta, bənna və fəhlə işdədirlər. Bir yanda kərpic işi görülür, bir yanda qapı və pəncərə qayrılır, minarələrin üstə ustalar çıxıb orada səliqə satırlar, qübbələrə rəng vururlar, minarədə müəzzinlər öz mövqelərini bəravürd edirlər, azan vaxtı azan çağırırlar, möminlər minarələrə dırmaşıb Ramazan ayının tulusunun arzusunda növ-növ xəyalata cumub, bir an da olmuş olsa özlərini rovzeyi-rizvan hiss edirlər.Amma buradan bir az fasilədə təzə tramvay üçün böyük bir vağzal bina olunur, həmən təzə binanı vüsətləndirmək üçün böyük bir xaçpərəst kilsəsi sökülüb, aradan götürülür.
“Sənət və ədəbiyyat”A.Şərif yoldaş “Kommunist” qəzetinin 63-cü nömrəsində yuxarıdakı sərlövhə altında yazdığı məqalədə deyir:“Gözəllik hissi hər fərdin cəmiyyət daxilində işğal etdiyi mövqe və mənsub olduğu sinfə görə müxtəlif mahiyyətdə olur. Bu həqiqəti bir misal ilə izah edəlim; məsələn, şairlər üçün “ilham mənbəyi” olan qadın gözəlliyi, qadın idealı cəmiyyət içərisində olan müxtəlif siniflər üçün müxtəlif olur: məsələn, işçi-kəndlilərdən ötrü qadın gözəlliyi qayət sağlam bədən, qüvvətli əl və ayaqlar – ümumiyyətlə, zəhmətə müsaid bir mövcudiyyət şəklində olur. Fəqət, fiziki əməklə əlaqəsini kəsmiş, “bədən və ruhu incəlmiş”, burjua mühitində yaşayan adamlar üçün ağüzlü, incə və küçük əl-ayaqlı, “incə, zərif bədənli”, fiziki işə müsaid olmayan qadınlar daha nəfis və gözəl görülür”.
Poems by other poets · Satire
Keçən il bir gəmi təmirə gəlibdir zavoda,Düşməyibdir hələ də bir ilin ərzində “xod”a.
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.
Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!Yenə hər guşədə bir tazə cəmaət görünür!
Zəhmət çəkmə!İki gözüm, millətçün zəhmət çəkib çalışma,Yanıb millət oduna pərvanə tək alışma.