Qışa hazırlıq
Keçən il bir gəmi təmirə gəlibdir zavoda,Düşməyibdir hələ də bir ilin ərzində “xod”a.Altımış birdə, güman var, düzələ “novı qoda”Yazığın yelkəni də yox ki, küləklə vuruşa,Belə hazırlıq olarmı, ay aman, indi qışa?
Bayılın neft verən mədəni, düzdür, çoxdur,Fərli-başlı ora ki getməyə bir yol yoxdur.Qış gəlir qarlı nəfəslə, elə bil ki, oxdur.Kim ola donduracaq, baxmaz o, dosta, tanışa,Belə hazırlıq olarmı, ay aman, indi qışa?
Bizə ət kombinatından belə bir ərzə gəlibKi, soyuqdan üşüyən mal-qaralar qeyzə gəlib.Bu xəbərdən, görəsən, rəisə heç lərzə gəlib?Bir adam göndər ora, Kirpi, bizimlə danışa,Belə hazırlıq olarmı, ay aman, indi qışa?
Zavodun zahirinin bər-bəzəyin soxma gözə,Sexlərin daxili qış vaxtı dönür lap dənizə.Sel basır damları, palçıq çıxır hər yerdə dizə,Neçə dəzgah sinəsi olmuş hədəf qar, yağışa,Belə hazırlıq olarmı, ay aman, indi qışa?
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-qisa-hazirliq
Use ← → keys to move, R for a random poem
More by this author
Çəkdi səni tale bu gülüstanə, gözəl qız!Şövq ilə yanaş bülbüli-nalanə, gözəl qız!
Vardı kuyində, xoş ol dəm ki, nigahbanlığımızVardı kuyində, xoş ol dəm ki, nigahbanlığımız,Bu gədalıqda idi aləmə sultanlığımız!
Yarəb, tükəndi cəhl ilə səbrü qərarımızYarəb, tükəndi cəhl ilə səbrü qərarımız,Oldu ziyadə möhnəti-qəlbi-fikarımız.
Təngdir qönçə dəhanın, gec gəlir avazə sözTəngdir qönçə dəhanın, gec gəlir avazə söz,Bir sənəmdir – nazənin, qoymuş özünü nazə söz.
Poems by other poets · Satire
Hey özündən deyirsən hər yerdə,Təpəyə dağ deməklə dağ olmaz.
Ədəbiyyat (“Ey “Kəlniyət!” Ey xatirinin zövqü savası”)Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,
Misyonerlər çalışır cəbr ilə Abxaz qövmiMisyonerlər çalışır cebr ilə Abxaz qövmiEyləsinlər hamısı dini-məsihanİ qəbul.
Qafqaz xəbərləriNəzm ilə*Şairlərimiz şəhərlərdən belə xəbər verirlər: