Nəzm ilə

Şairlərimiz şəhərlərdən belə xəbər verirlər:

Gəncə:Çıxar üç yüz nəfər fəhləÇəyirtgə qırmağa getsinXudaya, qoyma İsmayılBu hammallara zülm etsin.

Şuşa:Səndə əgər var mərəzGəl sözümə bavər etDurma Çuxur məhlədə“Sirkə” ocağına get.

Xivə:Küçədə bir iti görür tələbəTollayır daşları itə sarıƏsbi-lağər miyan be kar ayədRuzi-meydan nə gav pərvari.

Cəbrayıl:Can pristav, qurban sənə KramovNeçün səni bu günlərə saldılar?Allahverdi, Səlimbəy, həm yüzbaşıQorxma, sənə arxadılar, daldılar.

Zaqatala:Bizi bir dəm əgər görsəYəqin divanələr ağlarƏgər görsə zaqatallıQiraətxanələr ağlar.

Bakı:Mən realnıya getsəm uşkolaHeç də qorxmayam bircə yol gərəkGörsə uçitelim beş qoyar mənəCibdə gəzdirim bir revol gərək.

Naxçıvan:Dur ayağa qız, gəlinTellərini düzgilənToyçulara gəl yaxınDüş oyuna süzgilən.

“Molla Nəsrəddin”, 19 may 1907, №20

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Vodka

Məlumdur ki, İranda bir şəxs istəyəndə ki, onun şəhərdə söhbəti olunsun, şərab içib keyflənib küçəyə çıxır və başlayır özünü o divara, bu divara vurmağa; və çün İranda küçədə keyflənmiş müsəlman bir qəribə şeydir, ona görə şəhərdə hamı onun söhbətini eliyir.Batumda sakin olan müsəlmanlar istəyirlər burada da İran qaydası ilə özlərini məşhur etsinlər, dəxi mülahizə eləmirlər ki, Rusiya küçələrində piyan heç kəsə təəccüb gəlməz. Neçə gün bundan əqdəm burada iranlıların əncüməni-xeyriyyəsinin mənfəətinə sirk oyunu çıxardırdılar. Biletlərin satılmağını əncümən əzası öz öhdəsinə götürmüşdülər. Biletləri çox əziyyət ilə, yalvarmaq ilə iranlılara satdılar. Bilet alanların bəzisi elə ağlıyırdı ki, adamın yazığı gəlirdi. Amma axşam oyun vaxtı övza bilmərrə dəyişilmişdi. Oyunun aralığında müsəlmanlar arağın üstünə belə tökülürdülər, guya Qarabağ əkinlərinin üstə çəyirtgə tökülür.Gündüz ağlıyıb “vallah, bir manatdan artıq pulum yoxdur” – deyən müsəlmanlar pulları ciblərindən qat-qat çıxardıb vodkasatana verirdilər.

1 min
Kabla Həsən

Naxçıvanda cümə günü xəbər çıxdı ki, Kabla Həsən yox olub.Biçarənin övrət-uşağı başladı ağlaşmağa.

1 min
Tarix

İnsan üçün böyük dərslərin biri də tarixdir. Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, – dəxi sən həmin səhvi eləmə.Tehranda balaca uşaqların düşmən qabağına quran götürüb çıxmaqları, – gələcək üçün bir tarixdir. Gələcəkdə tarixin Tehran səhifəsini açanda oxuyacaqlar ki, tüfəngin və topun qabağına Tehranda balaca uşaqlar quran çıxartdılar və padşahın qoşunu tüfəng və top güllələri ilə uşaqları da tikə-tikə elədi, quranın vərəqlərini də parça-parça eləyib havaya uçurtdu.

2 min
Seyidlər

Bir neçə gün bundan qabaq iki nəfər seyid Tiflisdə bir erməni dükanından iki top çit oğurlamışdılar. Mal sahibi müsəlman mehmanxanalarının birində oğru seyidləri tapıb malı xurcunlarından çıxardıb aparır dükanına və hökumətə xəbər verir. Seyidlər indi dustaqdırlar.Bir neçə vaxt bundan qabaq Bakıda İsgəndərovların dükanından iki nəfər seyid mal oğurlamışdı.

1 min

Poems by other poets · Satire