Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,Varsa oxumuş kimsələrin mehrü vəfası,Neyçün dayanır boş-boşuna bəs ürəfası?Səndən kömək istər dəxi millət züəfası,Tənqid odunu yağdır, o mikrobları yandır!Çal suri-Srafili, bu əmvatı oyandır!

Yox diqqət edən, müftə yeyənlər havalandı,Xalqın arasında hərə bir rütbə qazandı,Sonra hamı birdən ki, dolandırdı sapandı,Daş atdı, durulmuş suyumuz tezcə bulandı,Durma daha, endir qapazı, iş yavalandı,Tənqid odunu yağdır, o mikrobları yandır!Çalsuri-Srafili, bu əmvatı oyandır!

Bəy dəhyek alır, molla yığır xümsü zəkatı,Bu müftə yeyənlər taladı kəndi, dəhatı,Şərqin qoxumuş, doğrusu, meydani-həyatı,Dəf etmək üçün himmət ilə bu həşəratı,Tənqiddir, əlbəttə, bunun rahi-nicatı,Tənqid odunu yağdır, o mikrobları yandır!Çalsuri-Srafili, bu əmvatı oyandır!

Əsrari-xudanı demə cahillərə, gizlə,Hər vaxt ulağa getməsə, vur, dürtmələ, bizlə,Aç əhli-riyanın işinin üstünü, izlə,Tut arxasını, vur yerə, bas qarnını dizlə,Murdarlığı at, aləmi-islamı təmizlə,Tənqid odunu yağdır, o mikrobları yandır!Çalsuri-Srafili, bu əmvatı oyandır!

Sən get birinin surini borc al,Ərşin damının üstünə çıx, aləmə səs sal,Bu məhşəri-əmvat oyana bəlkə bu minval,Fisqin duyulub indi ki,oldun sofi saqqalÇal, sevdiciyim, çal mələyim, çal gözəlim, çal,Tənqid odunu yağdır, o mikrobları yandır!Çalsuri-Srafili, bu əmvatı oyandır!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire