Tutalım çox ağıllı tacirsən,İş aparmaqda xeyli mahirsən.İqtidarın, malın, pulun çoxdur,Xalqa ondan vəli, kömək yoxdur.Sandığında var isə milyonlar,Nəf görmür əgər müsəlmanlar.Tüf sənin mülkü malü dövlətinə,Həm sənə, həm də şənü şövkətinə!

Pəhlivanlıqda gər müsəlləmsən,Fərz edək Zal, ya ki, Rüstəmsən.Etmisən şanlı-fəthü zəfər,Tapmısan aləm içrə şöhrətlər.Xəncərin qorxudursa, dünyanı,Millətin olmasa nigəhbanı.Tüf sənə, həm sənin rəşadətinə,Həm də şəmşirinə, şücaətinə!

Gər adın bir ədibi-danadır,Qələmin möcüzi-Məsihadır.Nəzmü təlifdə hünərvərsən,Ya ki, bir şairi-süxənvərsən.Sənə mafövqdən gəlir ilham,Nəf görmürsə firqeyi-islam,Tüf sənə, həm sənin kitabətinə,Həm də təqririnə, fəsahətinə!Yox isə tay sənə məharətdə,Müxtəresən fünuni sənətdə.İşləməkdən qolun yorulmaz isə,Vəli, islama nəf olmaz isə.Kəndi nəfsinçin işləyirsən əgər,Verməyirsən ümumə faidələr.Tüf sənə, həm sənin məharətinə,İxtira etdiyin sənaətinə!Sən ki, darülfünun qurtarmışsan,Elmdə intəhaya varmışsan.İsmü rəsmin cahanı tutmuşdur,Amma islamını unutmuşdur.Sənə möhtacdır müsəlmanın,Razı olmur vəli cibişdanın.Tüf sənin elmü fənnü hikmətinə!Həm sənə, həm də ol fəzilətinə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets