Ninni
Yavrum, uyu! Quzum, uyu! Ağlama,Yaralıdır köksüm, bir də dağlama.Annənə bir az da olsa şəfqət et,Xəstə yavrum, yetər bunca, rahət et.Uzun gecə sabahatək mən yatmam,Ağlaram mən, səni fəqət ağlatmam.Laylay deyib titrədərəm beşiyin,Həp çəkərəm gecə-gündüz keşiyin,Yedirdərəm sənə gözüm yağını,Göstərməsin tanrı mənə dağını,Nə zəhmətin olsa, yavrum, dözərəm,Mən də səninlə öyünüb gəzərəm.Sənsən həyatımın ən gözəl süsü,Balışımdır, yavrum, ananın köksü,Bir an könlüm yaşamaz səndən ayrı,Hər bəladən saxlasın səni tanrı.
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-ninni
Use ← → keys to move, R for a random poem
More by this author
Təmuz ayında dan yeri ki, başlayar açılmağa,Səmaya doğru qırmızı alov durar saçılmağa.
Payız çağındaPayız çağında hər səhər soyuq-soyuq külək əsər.Ağaclara, budaqlara dəyəndə yarpağın tökər,
Müsəlman ürəfalarıYeri düşsə əgər müsəlmandır,Vaxt olur ya İvan, ya Vartandır.
AlimnümalarÜzü insan, qafada heyvandır,Zöhddə iddiası Səlmandır.
Poems by other poets · Wisdom and advice
Mən göz yaşlarına dözə bilmirəm.İllah da qocayla uşaq ağlasın.
Demir hanı NərimanımAllah, mənim al ağlımı,ağıl məni dala salır.
Taprmışam könlümü mən, türreyi-cananda imişTaprmışam könlümü mən, türreyi-cananda imiş,Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...