Mən göz yaşlarına dözə bilmirəm...
Mən göz yaşlarına dözə bilmirəm.İllah da qocayla uşaq ağlasın.Duzlu yağışlarda gəzə bilmirəmGözümün içində qaysaq bağlasın.
Mən göz yaşlarına dözə bilmirəm,Yağanda Şəhidlər xiyabanına.
Bu ağlı-qaralı mərmər dastanaBu gülləri məş’əl daş gülüstana,Bu busə dadmayan neçə oğlanaAğlama, döz görüm, daşsa da qəlbinAğla ibrətamiz bir ehtişama.
Mən göz yaşlarına dözə bilmirəm,Analar saç yola məzar başında.Yox, daha mərsiyə yaza bilmirəm,Cavanlar qırılsa nakam yaşında.
Mən göz yaşlarına dözə bilmirəm,Al-əlvan xonçalar qara boyansa.Sözü ipə-sapa düzə bilmirəmNeynim?! ipim-sapım od tutub yansa...
Mən göz yaşlarına dözə bilmirəm,İlkisin məzara qoyanda gəlin.Onu sərin-sərin süzə bilmirəmAğlar laylasını deyəndə gəlin.
Mən göz yaşlarına dözə bilmirəm,
Diriykən dəvəni pay-pay böləndə.Dəvə duyğusunu yoza bilmirəmİlahi! mən lalam, susursan sən də...Mən göz yaşlarına dözə bilmirəm,Didərgin, - deyəndə, - qaçqın, - deyəndə.Min çadıra bir nur sezə bilmirəmOd tuturam xalqa - köçkün - deyəndə.
Mən göz yaşlarına dözə bilmirəm,Heç pəhləvanın da hıçqırığına.Fəndgir güləşdə, namərd tutaşdaOnun hönkürtülü qışqırığına.
Mən göz yaşlarına dözə bilmirəm,Vəfa, əhdi-peyman qayçılananda.Lap öz ləyaqətim sanıram itirLəyaqət, şərəf-şan qamçılananda.
Mən göz yaşlarına dözə bilmirəm,Əlləri qoynunda ağlasın aciz.Pünhan qurbanını aşkar basdırıbQəbrinin üstündə ağlasa nacins.
Mən göz yaşlarını bağışlayıram,Yağanda haqsız bir hökmün üstünə.Mən göz yaşlarını alqışlayıram-Sel olub gələndə zülmün üstünə.
Mən göz yaşlarına dözə bilmirəm,Ümidin bir yolluq qırılsa sapı.Hayana fırlansan, hayana dönsən,
Hər yerdə üzünə bağlansa qapı.
Mən göz yaşlarına dözə bilmirəm,İnsan ürəyində pünhan ağlasa.Gözə görünməyən göz yaşlarıylaSonu görünməyən hicran ağlasa.
Göz yaşı büllurdu, göz yaşı safdır.O, bizi ayırır dəmirdən-daşdan.O, uzun hekayət son e’tirafdır.Nələr gəlib keçir bəlalı başdan.
Səma bulud-bulud, yer insan-insan,Yerdə də, göydə də ildırım çaxır.Dəsmal gəzdirməyir cibində cahan,Dəsmal gəzdirməyir küllü YaradanBəşərin göz yaşı silinmir, axır.
22 iyun, 1997
Kitabxana.az · https://kitabxana.az/en/works/qabil-men-goz-yaslarina-doze-bilmirem
Use ← → keys to move, R for a random poem