Kin-küfrət azalır,Mehri-ülfət çoxalır,Ürəyimiz yuxalır,

Biganəlik yox olurCümə axşamı.

Müdrik, zəkalı olur,Ağzı dualı olurElə bil ki, camaat...Elə bil bir-birinəXalq lütf edir iltifatCümə axşamı.

Ölülər elə bil ki,Boylanıb yola baxır.Gözlərdə göz yaşına,Əllərdə gülə baxır.Bu köhnə qəbristanaHey təzə axın axır...Cümə axşamı.

Səslər qulağa gəlir-Əbədiyyətdən gəlir.Ruhlar ocağa gəlir-Əbədiyyətdən gəlir.

Belə təqvim təlqiniHansı hikmətdən gəlirCümə axşamı?!

Hüzr məclislərindəKüsülülər barışır.Ağızucu salamlaÜrəyində mərhumunRuhuna ehtiramla.Adamlar adam kimiDolanırlar adamla...Cümə axşamı.

Atıb vacib işini,Atıb gedən yeriniHüzrə də’vət eləyirKişilir bir-birini.Arada nə olubsaO gün heç kim anmayır.Bütün borcu dananlarBircə borcu danmayır...Cümə axşamı.

Mərhumun əzizininGözü dörd olur, gəlin!Dost-tanışın yoxluğuOna dərd olur, gəlin!Toya gəl də, gəlmə dəAxtarmazlar heç kəsi,Bitib-tükənməz fəqətGileylə umu-küsüCümə axşamı.

Tarzən cərrah hacı,Sonra ustad müəllim.Müğənni gümrah hacı.Ana bülbülüm Şövkət,Ceyran gözlü nəzakətRübabə dərdli səslə,Gülağa xoş nəfəsləEkranda qonağımız...

İslanır yanağımız...Vird edir dodağımız...

Cümə axşamı.

Əbədiyyət soyuqdurO, üşüdür adamı-Yandırın çıraqları,Yandırın ocaqları,Ruhlar isinsin barıCümə axşamı.

19 iyul, 1997

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets