Gəraylı: Xəbər olsun yar-dosta
Xəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.Kamalında zəval oldu,Əcəl camın içdi Qubad.
Kim var kəməndə salmadı,Heç bir kəsə bu qalmadı,Dünyada kamın almadı,Getdi, gözü yaşdı Qubad.
Baxarsan dünya əbəsdi,Bu ağlamaq bizə bəsdi,Durna avaz, kəklik səsdi,Tərlan baxışdı Qubad.
Baqidi dünyanın nəsi,Qurulu qaldı çeşmdə kəsi,Yusif kimi gələr səsi,Məgər çaha düşdü Qubad.
Kəm olsun ömrilə yaşın,Zəhr ilə yoğrulsun aşın,Ananla qız-qardaşın,Məgər bağrı daşdı Qubad.
Qayıbim qan ağlaram,Nə dünyaya bil bağlaram,Lalə tək sinəm dağlaram,Kənə yadə düşdü Qubad.
Kitabxana.az · https://kitabxana.az/en/works/qayibi-el-sairi-gerayli-xeber-olsun-yar-dosta
Poems by other poets · Wisdom and advice
Ürəyim nəzilib, qəlbim əzilib,Atadan - anadan aralı qaldım.
AğlamazmıEy məni qınayan, ağlama, deyib,Ağlar yarı gedən bəs ağlamazmı?
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar olaYoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.