Ağlamazmı
Ey məni qınayan, ağlama, deyib,Ağlar yarı gedən bəs ağlamazmı?İllər ilən həmdəmindən ayrılıb,Xoş nigarı gedən bəs ağlamazmı?
Olmaya yanında yarı, cananı,Puça çıxıb gedə ömri-cavanı,Günbəgün əksilib şövkəti, şanı,İxtiyarı gedən bəs ağlamazmı?
Bəxt çönüb, çünki zəmanə dönüb,Şadü xürrəm işi fəğanə dönüb,Ömrünün gülzarı xəzanə dönüb,Novbaharı gedən bəs ağlamazmı?
Ərz elərəm sən xasların xasına,Səbr eləyim mən bu dərdin hasına,Göz yollarda, can gedincə ta sinə,İntizarı gedən bəs ağlamazmı?
Vidadi xəstəni gəl indi tanı,Hanı o sən görən şəklü nişanı,Rəngü ruyi, cismi, taqəti, canı,Külli-varı gedən bəs ağlamazmı?
Kitabxana.az · https://kitabxana.az/en/works/vidadi-aglamazmi
Use ← → keys to move, R for a random poem
More by this author
Nə müddətdir, gözüm rahindədir, yarım, sən səfa gəldin!Həbibim, sevgilim, yarım, nigarım, sən səfa gəldin!
Nigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artarNigara, zövqi-hüsnündən ki, hərdəm ittifaq artar,Fəraqindən gəlir min qəm, qəmindən min fəraq artar.
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamışSanma, ey dust, sən tək afət canə olmuş, olmamış,Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.
Söylə cananə, səba, halım pərişan oldu, gəlSöylə cananə, səba, halım pərişan oldu, gəl!Çıxdı can, sud etmədi hər necə dərman oldu, gəl!
Poems by other poets · Wisdom and advice
Taprmışam könlümü mən, türreyi-cananda imiş,Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.
مقررست و معین بحجت و برهانکه: غیر دوست کسی نیست در مکین و مکان
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
خود را ز گریه شب همه شب غرق خون کنمسر چون حباب صبحدم از خون برون کنم