Ağlaram
Çərxi-fələk zülmü ziyad eyləmiş,
Hicran məni gündə döyər, ağlaram.
Ey yaranlar, sındırıbdır belimi,
Möhnət yükü qəddim əyər, ağlaram.
Məni belə hər kim görə, bir ağlar,
Dağ-daş yanar, ulus, oymaq, el ağlar.
Cismim sızlar, göz yaş tökər, dil ağlar,
Öz başıma yalqız məgər ağlaram?
Ey mənim tək göz yaşını saçanlar,
Qürbətlikdə cigər qanın içənlər,
Fikr etdikcə cümlə bir-bir keçənlər,
Yadə düşər, yanar cigər, ağlaram.
Hayıf oldu o dövranlar, o dəmlər,
Gəldi, keçdi yar, müsahib, həmdəmlər,
Bərhəm olur dərdlər, qəmlər ələmlər,
Bir-birinə gündə dəgər, ağlaram.
Çərxi-fələk, mən ha köçdüm yurdumdan,
Ayrı düşdüm qoşunumdan, ordumdan,
Vidadiyəm, aləm tanır dərdimdən,
Əgər ağlamanam, əgər ağlaram.
Kitabxana.az · https://kitabxana.az/en/works/vidadi-aglaram
Use ← → keys to move, R for a random poem
More by this author
Ey həmdəmim, gəl ki, gedər can durmazSənsiz tutmaz söyləməyə dillər hey.
AğlamazmıEy məni qınayan, ağlama, deyib,Ağlar yarı gedən bəs ağlamazmı?
Ay ağalar, bir nigarın odunaAy ağalar, bir nigarın oduna,Dəli könlüm yana-yana düşübdür.
Aylar, illər həsrətini çəkərdimAylar, illər həsrətini çəkərdim,Şükür yetdim vüsalına, sevdiyim!
Poems by other poets · Separation
Bir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
Yar bizim ilə yenə gör ki, ne al eylədiYar bizim ilə yenə gör ki, ne al eylədi,Ta ki, yaşım qan ola, yanağın al eylədi.
GəlmədiGecə-gündüz yollarına baxaram,Hanı mənim barabarım, gəlmədi.
Yaxşı adamların həsrətindəyikBu sözü Ağdaşda - mötəbər bir məclisdə mərhum dostum Qulu Xəlilov dedi.*Balaca, bəstəboy,