Gəlmədi
Gecə-gündüz yollarına baxaram,Hanı mənim barabarım, gəlmədi.Məni saldı beylə müşkül hallaraBietibar biilqarım gəlmədi.
Genə dərdim ziyad oldu bu gündənYaramın həsrəti heç çıxmaz candanNə səbəbdir, yüzün döndərdi məndən?Bu insafsız biqərarım gəlmədi.
Şahbazın qəmzəsi mənə yağıdır,Bundan ayrı bal da yesəm, ağudur.Aşıq Camal, ağlamağın çağıdır,Cümləsi gəldisə, yarım gəlmədi.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-camal-gelmedi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Bir zülfi həlqə-həlqəyə divanəyəm yenə
Bir zülfi həlqə-həlqəyə divanəyəm yenə,Şəm’i-yüzin görüb ana pərvanəyəm yenə.
İnanmırBir qəmli bülbüləm,Güllər inanmır.
Cavid gəlib, aç qoynunuTale, nə gözəl gündü bu, səninsafa gəldin.
Bir nigari-novbaharın gül camalın istərəmBir nigari-novbaharın gül camalın istərəm,Lölöyi-tər tək camalı üzrə xalın istərəm,