Qalmışam
Fələk məni saldı qəm dəryasına,Qəmər atlı yüzə-yüzə qalmışam.Gecələr sübhə tək əfqan eylərəm,Göz yaşımı süzə-süzə qalmışam.
Gəzirəm elləri dili salamlı,Mənə irast düşməz bir xoşkəlamlı.Sinəsi dəftərli, dəsti qələmli,Dərd tükənməz, yaza-yaza qalmışam.
Aşıq Camal deyər xan diyə-diyə,Vücudum saraldı dərd yiyə-yiyə.Məcnun təki «a Leyli» diyə-diyəBu dağları gəzə-gəzə qalmışam.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-camal-qalmisam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Babat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Nigara eşqüñüñ fəryad əlindənNigara eşqüñüñ fəryad əlindənKi qalmaz hicrüñüñ azad əlindən
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Kainatın varlığından mənə sən şafi yetərKainatın varlığından mənə sən şafi yetər,Qibleyi-mehrabı, cana, qaşının taqi yetər.