Qırmızı
Yenə məni dərdə saldı bu gözəl,Yaşıl çarşab, corabları qırmızı.Onu gördüm, fikrim uçdu başımdan,Qaşı qələm, yanaqları qırmızı.
Mən ki gördüm şahlar mehribanını,Tamam alır görənlərin canını.Dərdli idi, kəsdirmişdim yanını,Diş mirvari, dodaqları qırmızı.
Ərz eyləyim, sən dərdimi biləsən,Mən fəqirlə danışasan, güləsən.Ağlayıram, göz yaşımı siləsən,Mənə çəkdin bu dağları qırmızı.
Könlüm evi uçdu, dözə bilmərəm,Dərdimi Fatmaya yaza bilmərəm.İsayam, bu dərdə dözə bilmərəm,Könlüm istər barmaqları qırmızı.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-camal-qirmizi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bizi tanış etdilər gözəl bir yaz axşamı,Sevincimdən titrədi dodağım yarpaq kimi.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,