Kainatın varlığından mənə sən şafi yetər,Qibleyi-mehrabı, cana, qaşının taqi yetər.

Nari-hicranın duxani zülmətini sürməgə,Şəmsi-can, zöhrə-cəbin, mahin yüzü taqi yetər

Cani-miskin mari zülfi ağularsa, qəm degil,Zərrəcə şirin ləbinin çünki tiryaki yetər.

Gərçi yaran məst olub, nuş eyləməzlər kasəyi,Bizə Fəzlin dövlətində cürəyi-baqi yetər.

Şəmsi-dinün söhbətində bizə, ey yari-zərif,Noqlü şəmü səbzə abü saz ilə saqi yetər.

Biz bu bipavü sərü üftadə, dilrişin müdam,Tutmağa əlində camı saidi-saqi yetər.

Maqta — the closing couplet bearing the poet’s pen name. Dürdü safi nə sunarsa saqiyi-can, nuş qıl,Dinməsün kim, ey Həbibi, məstdürür saqi, yetər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love