Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,Gecə gündüz həsrətini çəkməkdənÜzülübdür daxi məndə can yoxdur

Səg rəqibin bir daş düşsün başına,Qoymaz ki yar ilən olum aşına,Haqdı yanan çoxdu eşq atəşinə,Mənim tək od tutub alışan yoxdur

Ey qaşları hilal, yanaqları gül,Zülfləri reyhan, xalları fülfül,Ey aşiq öldürən bi-rəhm bi-dil,Sənin tək aləmdə ev yıxan yoxdur

Səni sevənlər olubdur həmişə dilşad,Nəsldə Adəmsən, hüsndə pərizad,Qamətin ər'ərdir, qolların şimşad,Bu şan və şövkətdə heç insan yoxdur

Düşkün halın sitəmkarə demək,Yalvarıb vara-vara demək,Bu Həsənin ərzin yarə demək,Məgər bu arada müsəlman yoxdur

Random poem

Poems by other poets · Love