Düşüncəli könlüm, yatmaz, dinlərdi,Gecələrin dərinləşən səslərin...Ağırlaşan nəzərlərim görərdi...Suda ayın gümüşlənən əfsərin.

Yarpaqların xışıltısın andıran,İnək səsi duyulardı çəməndə...Yabanı gül ətri yolub sarardı...Küskün yarım kənarıma gələndə.

Necə bir əl gecə şamı söndürür,Ta görməsin kimsə eşqin pərdəsin.Gecə dağda söndürərdi Mehtabı,Susdurardı bağda nəsimin səsin.

Lakin, bu gün o səsləri duyaram,Yazın sərin nəfəsindən gecələr...Yenə hər şəb xəyalımın yolundaYarın ipək ətəkləri sürünər...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love