Cilvələnib kəklik kimi,Ötür boylana-boylana.Müjganların sinəm üstə,Atır boylana-boylana.

Eşqinən çalıram sazı,Sənsən aşığın murazı,Bu beymürvət qəmzə-nazı,Satır boylana-boylana.

Navat deyərlər adına,Aşiqin salmaz yadına,Şirin canım eşq oduna,Qatar boylana-boylana.

Gözüm doymur ala gözdən,Meylini döndərmə bizdən,Aşıq Əsəd,önümüzdən,Ötür boylana-boylana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love