Təcnisi-digər
Çıxıb gül fəslində seyrə nigarım,Sənalar eylərəm baharü yayə.Doyunca gör qəddin, gözüm, bu qəmləÖmr çatmaz bir dəxi ilə və ayə.Dedim: dilbər, məndən gəzmə dəxi dur,Yolunda payəndaz baş ilə can dur.Dedi: çün oxşatdın, məndən uzaq dur,Qəmzəmi peykanə, qaşımı yayə.
Söylə, səba, yarə, əsib o yana,Olurmu bir əhvalıma o yana,Səhər ki, xabından sərxoş oyana,Bənöfşə tək üzdə telini yayə.
Əcəl saqisindən allam peymanə.Vəfa gər etməsən əhdü peymanə,Məsturə tələtin cahan peymanə,Nə nisbəti onun xurşidə, yayə.
Sək rəqibin, ya rəb, başına qarə.Baxmasın bir də o sinəsi qarə.Mənə ki, rəhm etməz o bağrı qarə,Oxusan yüz ona hədisü ayə.
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-tecnisi-diger
Use ← → keys to move, R for a random poem
More by this author
DÖRDÜNCÜ MƏCLİSMəstəli şah. Səlam-əleyküm!
Hekayəti xırsi-quldurbasanYəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti üç məclisdə bəyan olub itmamə yetir.ƏFRADI-ƏHLİ-MƏCALİS
Əvvəlimci məclisƏVVƏLİMCİ MƏCLİSƏvvəlimci məclis vaqe olur dərənin içində, bir böyük palıd ağacının dibində ki,
İkimci məclisİKİMCİ MƏCLİSVaqe olur Şəmsəddin mahalında, dərənin içində ki, bir tərəfində təpə dəxi zahirdir.