Ey badi-səba, məndən ol yarə salam eylə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey badi-səba, məndən ol yarə salam eylə,Dərdü ələmim bildir dildarə, salam eylə.
Görsən üzün ol mahın, bas bağrına gərdun tək,Dön başına yalvarə-yalvarə salam eylə.
Key baği-behiştim, mən bir Adəmdim guya,Düşdüm səri-kuyindən avarə, salam eylə.
Dərdü qəmi-hicranın hər ləhzə hücumundanAxır ki, cigər oldu sədparə, salam eylə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Gör xəstə Vidadinin daği-cigərin söyləOl lalə rüxə, çeşmi-bimarə salam eylə.
Kitabxana.az · https://kitabxana.az/en/works/vidadi-ey-badi-seba-menden-ol-yare-salam-eyle
Use ← → keys to move, R for a random poem
More by this author
Bilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandır,Nə çarə, eyləməz dövran vüsalə çarə çoxdandır.
Deyibsiz yəni gəlləm gəldi bir belə xəbər, Vaqif!Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?
Ey səba, gəl bir xəbər ver cane, canan xandadırEy səba, gəl bir xəbər ver canə, canan xandadır?Şəhri-könlüm oldu viran, ona sultan xandadır?
Ər libasın geyə hər rənglə zən, mərd olmazƏr libasın geyə hər rənglə zən, mərd olmaz,Mərd hərçənd ki, zən öldürə, namərd olmaz.