Bilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandır
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bilirsiz, Vaqifa, kim şövqimiz didarə çoxdandır,Nə çarə, eyləməz dövran vüsalə çarə çoxdandır.
Pərişandır könül, zülfü pərişanlar həvasındaBu sevdadə olubdur mürği-dil avarə çoxdandır.
Təbiba, ta ki, düşdük çün həzər rəncuri-eşq olduq,Mühəssəl yetmədi bimarimiz timarə çoxdandır.
Qərəz canana mətləb can isə inkarımız yoxdur,Verib can-baş yolunda, durmuşuq iqrarə çoxdandır.
Maqta — the closing couplet bearing the poet’s pen name. Vidadi xəstə kim, düşmüş səadətlər sücudindən,Bəli Sən’ani-dil ta bağlanıb zünnarə çoxdandır.
Kitabxana.az · https://kitabxana.az/en/works/vidadi-bilirsiz-vaqifa-kim-sovqimiz-didare-coxdandir
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar,Rəvan eylər iki gözdən dəmadəm əşki-al, ağlar.
Ey həmdəmim, gəl ki, gedər can durmazEy həmdəmim, gəl ki, gedər can durmazSənsiz tutmaz söyləməyə dillər hey.
AğlamazmıEy məni qınayan, ağlama, deyib,Ağlar yarı gedən bəs ağlamazmı?
AğlaramÇərxi-fələk zülmü ziyad eyləmiş,Hicran məni gündə döyər, ağlaram.
Poems by other poets · Love
Çoxdan idi gözləyirdim bu günü,Mən bilirdim bunu belə olacaq…
Ömrü beşgünlükMəhəbbət məktəbindən yüz töhmətin var sənin,Sevgidən söz açmağa nə cürətin var sənin?!
Ey bivəfa, qoyubsan əcəb qalə tək məniEy bivəfa, qoyubsan əcəb qalə tək məni,Hicran odun əhatə edib halətək məni.
SevmişəmTəzədən bir işə düşmüşəm genə,Ala gözlü bir şux gəlin sevmişəm.