Sevmişəm
Təzədən bir işə düşmüşəm genə,Ala gözlü bir şux gəlin sevmişəm.Mina gərdənini, tər sinəsini,Rəna qəddin, qulac qolun sevmişəm.
Qədri-qiymət bilən bir əsilzadə,Namü nişanını demənəm yada,Sərasər əndamı oxşar şümşadə,Nazik ayağların, əlin sevmişəm.
Bəyənmişəm onun məcmui-karın,Şəvqində var idim bir belə yarın,Xoş ədasın, xoş rəftarü göftarın,Danışında şirin dilin sevmişəm.
Görməmişəm belə zülfü dəhən tək,Yüz min əsiri var, əlbəttə, mən tək,Gülüstanə düşmüş zağü zəğən tək,Ay qabaqda siyəh telin sevmişəm.
Müşkin kakilinin sərkəştəsiyəm.Kövki-müjkanının dil xəstəsiyəm.Aşiqəm, zülfünün pabəstəsiyəm,Üzün, saçın, incə belin sevmişəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehemmed-bey-asiq-sevmisem
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə asudə ikən uğradım bir şux zibayə,Üzü gül, arizi mül, zülfü sünbül, çeşmi-şəhlayə.
Aşıq PəriyəAşıq Pəri, bir göftügu eşitdim,Namizəd olmusan bir şux oğlana.
OlaTəxəllüs nə lazım, ey Aşıq Pəri,Bir kəs ki, mehrdən xəbərdar ola?
Cəfərqulu xan NəvayaBaşın üçün, sizin bazi-ənamiOn beş gündə alıb iki şikari,