Təxəllüs nə lazım, ey Aşıq Pəri,Bir kəs ki, mehrdən xəbərdar ola?Könüldən könülə yollar görünür,Əlavə, nə hacət, aşikar ola?

Xoş yaradıb səni ustadi-əzəl,Hüsnü vəcahətdə yekta, bibədəl,Dızaq mahalında sənin tək gözəl--Həqdən istəmişəm bərqərar ola.

Əhli-halı görmək istər əhli-hal,Müzayiqə etmə, gər olsa macal.Sənin tək dərdmənd olmayan mahal,Görüm ki, dağılıb tarümar ola.

Belə işin nə ləzzəti, nə dadı,Xublar bilə görək aşnanı-yadı,Çəkəsən ağuşa bala Fərhadı,Şirin didarına intizar ola.

Ağlını cəm eylə, olma sərsəri,Səndə yoxdur eşqbazlıq əsəri,Fəhmü fərasətdə yüz sən tək PəriGərəkdir Məmmədə xidmətkar ola.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets