Qan ağlar can quşu daim,Rəhmsiz səyyad əlindən.Öldürməz, eyləməz azad,Ha çəkər, fəryad əlindən.

Sultani-eşqidir zalım,Yaman yerə yetib halım,Dil şəhri ilə xəyalım,Olubdu bərbad əlindən.

Zülmündən ol sitəmkarın,Naləsindən dili-zarın,Bir neçə gün rüzigarın,Olmadım dildaş əlindən.

Növgi müjganları səf-səf,Eşq əhlini qılmış hədəf,Atsa yayınmaz hər tərəf,Çıxmışlar ustad əlindən.

Gözlərini Aşiqi-zar,Sevəndən bəridir bimar,Məni tari, öldür, qurtar,Ol iki cəllad əlindən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love