Talıb bəy Vəzirova
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ayırdın mənə, Talib, ki, əzən xub oldun,Nəzəri-mərhəmətü lütfilə mərğub oldun.
Dərgəhi-alidə bir mərtəbəyə irdi işin,Günbəgün düşməninə fəxr ilə sərkub oldun.
Az qalırdı edəsən zor ilə bəylərbəyilik,O qədər kim sən uca qədr ilə mənsub oldun.
Sonra bilmən, nə xəta eylədin, əya, mən tək,Düşdün əltafi-nəzərdən belə məyub oldun.
Olma Molla Səfi tək aldan hörülüdən ipək,Ya edən Səfiqulu buğdasın məğsub oldun.
Ya da Cəbrailə verib pulunu cəbrailli,Alıban o dədən Həsən bəy kimi mərtub oldun.
Ya gedib Talibi-Feyzullah olub fəxr etdin.Tutdun həqq canibini haböylə məğzub oldun.
Ya yüzindən qaçıb hər yerdə sənin NurəliO qədər dəftər açıb sahibi məktub oldun.
De görüb bəxt yenə sonra necə etdi mədəd,Xadimi-hazirənin silkinə mənsub oldun.
Maqta — the closing couplet bearing the poet’s pen name. Heç Talib belə mətlubinə irməz, şükr et,Əvvəli talib edən, axırı mətlub oldun.
Kitabxana.az · https://kitabxana.az/en/works/mehemmed-bey-asiq-talib-bey-vezirova
Use ← → keys to move, R for a random poem
More by this author
Necə kim ol sənəmin qəmzəyi-xunxarəsi var,Dili-zarımda mənim qanlı ciyərparəsi var.
O qara tellərinə oğru deyim, ya rəhzənO qara tellərinə oğru deyim, ya rəhzən,Ya könlüm məmləkətin qarət edib badə verən.
Yenə asudə ikən uğradım bir şux zibayəYenə asudə ikən uğradım bir şux zibayə,Üzü gül, arizi mül, zülfü sünbül, çeşmi-şəhlayə.
Aşıq PəriyəAşıq Pəri, bir göftügu eşitdim,Namizəd olmusan bir şux oğlana.
Poems by other poets · Fate
Sən gəldin dünyaya – bəxtəvər oldum,Açıldı qanadım, açıldı qolum.
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
FələkEy yalançi çərxu-qəddar,Məni neylədin, fələk?
چه عجب گر به دل از تیغ تو بیداد رسدشیشه را حال چه باشد که به فولاد رسد