O qara tellərinə oğru deyim, ya rəhzən,Ya könlüm məmləkətin qarət edib badə verən.

O münəvvər yüzini gördü məgər ay ilə gün,Düşdülər dağa-daşa oldular avarə gəzən.

O gözü qaşın olub qətlim üçün amadə,Biri şəmşir çəkib, biri yayə düzən.

O xəttü xali-siyahın məxi-rüxsariLəşkəri-hindü həbəş türkə tapıb el deyəsən.

O qədü qamətə bax, gör nə qiyamət eylər,Rəşgdən bağə qaçıb guşə tutub sərviçəmən.

O hənalı əlinə, nola, mübarək deyələr,O ki şirin dilinə şəhdü şəkkərdir deyilən

Ağzına qönçə deyən kəslərin ağzın yummasan,Görsə bir gəz onu yüz yerdən açar qönçə dəhən

Şikəni-zülfdə dil naləsi keçdi həddən,O qara gündən onu qurtarın, allahı sevən.

Maqta — the closing couplet bearing the poet’s pen name. Dürfəşanlıq bu qədər eylədik, Aşiq, bəsdir,Hanı bu dəhrdə bir dərdə yetib qədr bilən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love