Ey bivəfa, qədir bilməz dilbərim,Şikayətim səndən bir kitab olmuş.Yaza bilməz onu xameyi-qüdrətÇünki həddən keçmiş bihesab olmuş.

Saraldım həsrəti-ali-ruyindən,Tapmadım bir rəmz hali-ruyindən.Dərdimə ol şirin göftguyindən,Nə bir sual olmuş, nə cavab olmuş.

Müjgan oxun canda o sipər kimi,Dərin əzizimdir simü zər kimi,Dil dəfinə daim əfilər kimi,Türreyi-tərrarın piçü tab olmuş.

Qızıl gül həsrətdir o al ruyuna,Sərvi-səhi qat olubdur buyuna,Hər gündə üz düşər xaki-güyuna,Kəmtərin qulamın afitab olmuş.

Əsiri-zülfə olmuş divanə könlüm,Olubdur Aşiqdən biganə könlüm,Dağılmış dünyada viranə könlüm,Bir gün şad olmadı ol xarab olmuş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love