Məni eşqə salan dilbər,Sən ha belə deməmişdin,Canım oda yaxan dilbər,Sən ha belə deməmişdin

Sən sən huri-qılman,Mən olmuşam sənə qurban,Gəl elə dərdimə dərman,Sən ha belə deməmişdin

Bülbül kimi dad eylərəm,Ah çəkib fəryad eylərəm,Xanimanım bərbad eylərəm,Sən ha belə deməmişdin

Gözüm yaşı çaya döndü,Əlif qədim yaya döndü,Ömür keçdi vaya döndü,Sən ha belə deməmişdin

Müşk-ənbər tellərindən,Qənd-şəkər dillərindən,Mənzur əmsin ləblərindən,Sən ha belə deməmişdin

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love