Ey cavanım, sən yadıma düşəndə,Gözlərimdən qan yaş tökib ağlaram,Nə müddətdir həsrət qaldım, gələmən,Bülbül kimi fəryad çəkib ağlaram

Hicr əlində zar-u-giryan qalmışam,Qəvvas olub dəryalara dalmışam,Cövr-ü-zülmün daim cana salmışam,Firqətindən qəddim bükib ağlaram

Qurban olum şirin-şirin dilinə,Tirmə şallı incə miyan belinə,Naz ilə sallanıb gedən yoluna,Ah çəkibən yüzüm sürtüb ağlaram

Bizim üçün bəzl-ü-bərat yazanlar,Arif olan mənisini tez anlar,Ələ girməz əlim səndən yüzanlar,Eşq əlindən yaxa yırtıb ağlaram

Sək rəqiblər ağu qatdı aşıma,Rəhm elə gəl gözdən axan yaşıma,Mən Mənzuram nələr gəldi başıma,Eşqin dəryasına batıb ağlaram

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation