Məhəbbət əşarı
Bir lalərüxəm, eşqimə sultan ola bilsən,Məndən qaç uzaq, vəslimə mehman ola bilsən.
Ən odlu bir eşqin gülü al olmuş, unutma!Qismət sevənə hicr vüsal olmuş, unutma!Aşiq qanı məşuqə həlal olmuş, unutma!Varsansa, buyur, eşqimə qurban ola bilsən.
Sən tifli-dəbistansan, uzaqlaş, təpərin yox!Eşq aləmi bir başqa bəladır, xəbərin yox!Ağuşi-nəcibanədə aldanma, yerin yox!Gəl, Qeys ilə həmdərdi-biyaban ola bilsən.
Dün sev də, bu gün başla həmin hicrə şikayət,Məna ara, bul, eşqdə boş vəslə nə hacət?Hər aşiqə ümmid günü var olsa qiyamət,Gül onda da sən, vəslimə şayan ola bilsən.
Həp hicrdədir, eşqin əgər varsa səfası;Gün gəlsə yaxın, bir od olar nazlı ziyası;Eşqim verər ancaq sənə bir zövqi-əsası;Ömrün boyu hicr ilə pərişan ola bilsən.Sən badələr iftadəsi, qanunkeşi-xilqət,Mən bir yeni məfkurəli növzadi-təbiət.Bir çoxları tək vəsldə mümkün sənə əlbət;Ancaq ki, bədənsiz quru bir can ola bilsən.
Mən şeirəm, özüm, bir daha əşarə nə hacət?Mən canlı çiçəkkən, ölü gülzarə nə rəğbət?Mənsiz gülə, həp şairin əşarına lənət!Lənət sənə də, “bəxtəvər” insan ola bilsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-mehebbet-esari
Use ← → keys to move, R for a random poem
More by this author
Cümə günü qəzetimizin ədəbiyyat dərnəyində, yoldaş Məmməd Səid Ordubadi “Şirvanşahlar dövründəki Azərbaycan ədəbiyyatı” xüsusunda məruzədə bulundu.Məruzəçi ilk əvvəl həmin dövrdə türk şairləri tərəfindən farsca yazılmış ədəbiyyatı qeyd ilə məruzəsini farsca birinci şeir yazan və fars şerinin atası olan Rudəkidən başlayır. Bu xüsusda ətraflı məlumat verdikdən və onun ilə Nizami arasındakı şairləri saydıqdan sonra farsca yazılmış ədəbiyyatın sarsılmaz bir sütununu təşkil edən Şeyx Nizami həyatı, ədəbi fəaliyyəti və ədəbiyyatının mahiyyəti ətrafında geniş məlumat verir.
“İblis”in son quruluşuBu cümə günü Dövlət Türk Teatrında 2-ci dəfə olaraq “İblis” pyesi oynandı.Bu yeni quruluş xüsusunda Xəlil İbrahim yoldaşın “Kommunist”dəki yazısına əlavə olmaq üzrə bir neçə məsələni qeyd etmək istərəm:
V.A.UğryumiDünən, nisanın 23-də Türk Tənqid-Təbliğ Teatrının baş rejissoru Vladimir Aleksandroviç Uğryumi (Kasabov) vəfat etmişdir.Uğryumi 1883-cü ildə Bakıda təvəllüd etmiş və Bakıda Birinci Gimnaziyanı bitirdikdən sonra, Odessada Novorusiya darülfünununun hüquq şöbəsini bitirmişdir. Hələ gimnaziyada oxuyurkən, səhnə ilə uğraşmağa, sonradan tələbə ikən Odessa teatrında çalışmağa başlamışdır.
Türk teatr məktəbi1Məktəbin açılışı və onu doğuran səbəblər
Poems by other poets · Love
Qalxıb havadən gedirsənDolanırsan bağı, bülbül
Neylərəm ol cənnəti içində dildar olmasaNeylərəm ol cənnəti içində dildar olmasa,Qoy anı viranə qalsın bağçada bar olmasa.
Doldu gözüm qubari-səri-kuyi-yardənDoldu gözüm qubari-səri-kuyi-yardən,Gör, gör nələr yetişdi bana ruzigardən.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.