Neylərəm ol cənnəti içində dildar olmasa,Qoy anı viranə qalsın bağçada bar olmasa.

Ğəflət əhli qaldı həqdən şöylə bil kim, binəsib.Qanda didarı görür, ol bunda bidar olmasa.

Dünyada aşiq olan geydi məlamət donunu,Hər yetən aşiq olurmu dərd ana kar olmasa.

Aşiqin meydanda başı top yerinə çalınur,Başını meydana qoymaz kim ki, sərdar olmasa.

Doğruluq dost qapısıdır, doğru gəl gir bu yola,Əyri meydanda utanur, onda iqrar olmasa.

Ey Xətai, gövhəri xərc eyləmə nadanə sən,Gövhərin qədrini bilməz gər xiridar olmasa.

Hüsnin bəyani sureyi-Yasinü Hələta,Ey Kəbeyi-mübarəkü vey Mərveyi-Səfa.

Dövri-fələk verirsə mənə ixtiyarını,Bir tari-muyini du cəhana qılam baha!

Gəlmiş deyil, gəlibdürə bilməz beruzi-həşr,Dövri-qəmər sənin təki bir şahi-məhliqa.

Kim ki, vüsalın istəsə ixlasilə sənin,Üstündə zill sayə səadət dutar hüma.

Toprağa bas ayağını, ey gözlərim nuri,Kim, xaki-payini dilərəm bəhri-tutiya.

Şeydavü məstü valehü heyranəm, ey sənəm,İxlasilə yolunda mənəm rindü canfəda.

Xurşidü mahü cümlə sitarə bir əncümən,Qıldı sücud surətinə ey əzizi-ma.

Ruhi-müsəvvər oldu yüzündən bəabü gil,Sənsən şəha, bu əhsəni-təqvimə kimiya.

İnsan deyirdi göydə mələk yoxidi hənuz,Sən var idin cahanda, əya dürri-ibtida.

Həmtası ol şəhənşahi-əzəm nigarımın,Yoxdur bəhəqqi-hörməti-övladi-Müstəfa.

Maqta — the closing couplet bearing the poet’s pen name. Yarın yolunda xəstə Xətai yoruxmə tiğ,Olgil şəhidi-dəşti-biyabani-Kərbəla.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love