Səcdeyi-həqq oldu çün zümreyi-insanə fərz,Səcdeyi insan olub cümleyi-imkanə fərz.

Münşiyi-əmri-qəza hər kimə yazmış bir iş,Oldu məni-acizə xidməti-cananə fərz.

Yoxdu dəva aşiqə düxtəri-rəzdən suvay,Olmuş əzəldən mənə sağərü peymanə fərz.

Sanma ola hər dili qabili-lə’lü gühər,Kövhəri-şəhbar olub əfsəri-sultanə fərz.

Hər kimə düşməz edə mədhi-şahi-lafəta,Vəsfi-gülüstan olub bülbüli-xoşxanə fərz.

Vamiqi-şeyda gərək ta bilə Əzra nədir,Tövfi-büt etmək olub rahibü rəhbanə fərz.

Maqta — the closing couplet bearing the poet’s pen name. lsa Nəbati əgər həmdəmi-ənfasi-sübh,Vəsfi olur bigüman mürği-Süleymanə fərz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love