Satiya, dur dolanım başına, gəl dövranə,Cami-zərrini götür, bircə dolan məstanə.

Tari-zülfün kimi sən ki, məni bican elədin,Gətir ol ruhi-rəvan ilə məni bir canə.

Görməsin özgə gözəllər məni Məcnuni məgər,Salıb ol kafəri-birəhm məni zindanə.

Eşqdən gör nə əcəb nəf’ə yetişdim, vəh, vəh!Aqili-əsr ikən etdi məni divanə.

Qorxma nirani-fəraqın şərərindən, ey gül,Sidqilən tut üzünü bircə şahi-Mərdanə.

Ismi-ə’zəm deyilən ismi-Əlidir, billah,Gəzmə bica yerə Nəsnas kimi hər yanə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Etməz iqrar, Nəbati, bu sözə zahidi-dun,Gəlməz imanə yəqin and içəsən qur’anə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love