Mən səni sevəndə yaz havasıydı,neyləyim, taleyin gözü tökülsün.Həyatım əlində quş yuvasıydı,quran özün oldun, uçuran özün.

Mən səni sevdim ki, yoldaş olasan,həyatın ən ağır, dar yollarında.Demədim axırda bir daş olasan,qədim qəbristanda, yol kənarında.

Mən səni sevdim ki, yüyür, qaç, oyna,yenə seçilməsin ətrin bahardan.Demədim təzədən gizlənpaç oyna,axşam yuxuma gir, səhər qaç ordan.

Yadıma nə düşür! – sənin ad günün,biz qoca deyirdik, dünya təzəymiş.İli yox, həyatda insan ömrününanı da tarixi bir hadisəymiş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love