“Əcnəbilər göydə balonlarla gəzir...”Sabir

Molla gəlir yas yerinə, təsbeh əlində,dodaqaltı pıçıldayıb neçə ad çəkir.Azərbaycan məclisində ərəb dilindəsaqqalını tumarlayıb salavat çəkir.

Yenə kimin cənazəsi qalıbdı yerdə,yenə kimin astarına üz olan bizik?!Filan ərəb sərkərdəsifilan əsrdəhəlak olub,ləbbey deyib yas tutan bizik.

Zəncir vurub baş yarırsan, ey cavan oğlan,bu həqiqət qarşısında pozulur halım.Müstəmləkə zənciridir, qopub qolundan,elə çırpma ikiəlli başına, zalım.Kimsə sənə istehzayla baxıb yan keçir,bu dəm mənim ürəyimdən qara qan keçir.

Nələr deyir, bir qulaq as, bu çəmən, bu dağ,nəğməmizin mayasıdır layla deyən səs.Nəsimisi dərisindən soyulan bir xalq,haqqı yoxdur,zəncir vurub baş yara bilməz.

Dünən şeir məclisində, söz məclisində,ahənginə valeh oldum mən doğma səsin.Mənə bir xalq göstərin siz,yas məclisindədanışanı qulaq asan başa düşməsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland