Emin Sabitoğlu bəstələmişdir

Mənə üfüq boyda geniş səmanı,göydə buludları, yerdə dumanı,dənizdə dalğanı sən bağışladın,bu hüsnü-mənanı sən bağışladın.

Uzanan yolların dümağ sətrini,dünyanın ən gözəl çəmən ətrini,qumlu sahillərdə sən bağışladın,o zərif əllərdə sən bağışladın.

De, nədir səadət həyatda, gülüm,bir könül xoşluğu, bir az təbəssüm.Onu da, bunu da sən bağışladın,dünyanı dünyada sən bağışladın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring