Adi bir insanam mən,Adidən də adiyəm.Bir əl boyda kağıza sığmaz amma bu aləm.Yazım: harda doğuldum,Yazım: məktəbə girdim,İnstitut bitirdim.Yazım: nədir sənətim,Yazım: anam, atam kim.Bəs onda harda qaldı çəmənlərdə bir qoşunO yüyürən, o duran uşaqların baharı?Qanadını bilmədən sındırdığım bir quşunÜrəyimdə ney tutan xəfif sızıltıları?Hanı yanaqlarının yaşını silib asta,Bənövşəyə, laləyə dərdli sirdaş olduğum?Dizəcən ot içində, ya da bir budaq üstdə,Gah tək qalan bir söyud, gah dabir daş olduğum?Qorxuram ki, söz açıb bunu deyəm, o qala.Eşqi könlümə bağlı bağça da var, bağ da var.Baxın, gəlir mənimlə göy meşələr qol-qola,Gəlir çiyin-çiyinə mənimlə qarlı dağlar.Vardır hələ qonşumuz, qonşumuzun qonşusu,Hələ sevimli dostlar, dostların da dostları,Min arzudan yaranmış bir insanın arzusu,Min baharın ətridir bir insanın baharı.Mən deyəndə, bilirəm, dinir minlərlə insan,Mən gülürəm - gülür gül, gülür nə qədər çiçək.Hər yazımda neçə yaz, hər anımda neçə an...Gözümdə milyon baxış, sinəmdə milyon ürək,Təbəssümə, Günəşə, insana könül verənMin ölənin, qalanın həyatıdır həyatım,Neçə kənddə, şəhərdə yatıram yer altda mən.Daha çoxam yer üstdə,

Böyükdür eşqim, adımBudur həyatım, ömrüm!Deyirəm ki, ürəkdən:Adi bir insanam mən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring